bannerbannerbanner
logo
Войти
добавлено
Скачать книгу Pul axını kvadrantı
Текст
Добавить В библиотеку
Добавить отзывДобавить цитату

Pul axını kvadrantı

Язык: az
Тип: Текст
Год издания: 2023

Полная версия

Bu kitab maliyyə bilikləri haqqındadır. İmkanlı adamlar bir çox illər bundan əvvəl bir sıra əsas prinsipləri mənimsəyiblər ki, bu da onların azad və müstəqil həyat tərzi sürməyini təmin edir, başqaları isə həmin vaxt əziyyət çəkir, bazar tələblərinə uyğunlaşmağa səy göstərirlər. Bu kitabdan, sizin pula yox, pulun sizə xidmət etməsinə necə nail olmağı öyrənəcəksiniz, hansı ki, bu, maliyyə vəziyyətinizi tənzimləməkdə sizə kömək edəcəkdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. “İnsan azad doğulur, lakin sən demə, zəncirlə buxovlanırmış. Düşünür ki, başqaları üzərində söz sahibidir, amma onlardan daha artıq dərəcədə qul olaraq qalırmış” Jan Jak Russo Varlı atam bunu təkrarlamağı vərdiş etmişdi: “Maliyyə cəhətdən müstəqil olmayana qədər, sən heç vaxt real azadlığa qovuşmayacaqsan. Əsl azadlıq üçün böyük paralar ödəmək lazımdır”. Bu kitab azadlıq üçün pul ödəməyə hazır olan insanlara həsr olunur. Dostlarımıza xitabən: “Varlı ata, kasıb ata” kitabının fenomenal uğurları bizə dün­yada minlərlə dost qazandırdı. Onların heyranlıqla söy­lədikləri və göstərdikləri dəstək bizi öncəki kitabın davamı olan “Pul axını” kitabını yazmağa ruhlandırdı. Bizim qarşısıalınmaz arzularımıza heyranlıqları və göstər­dikləri dəstəyə görə həm köhnə, həm də yeni dostlarımıza – hamıya öz minnətdarlığımızı bildiririk.

Читать онлайн «Pul axını kvadrantı»

Отзывы о книге «Pul axını kvadrantı»

Добавить комментарий

Другие книги автора:

Популярные книги